Liman konteynerlərin qəbulunu məhdudlaşdırır

258

Çinin Yantian limanı sıxlıq səbəbindən dolu konteynerlərin qəbulunu məhdudlaşdırır.

“Seanews.az” xəbər verir ki, yanvarın 21-dən belə konteynerlər gəminin gözlənilən gəlişindən 4 gün sonra qəbul ediləcək.

Son iki həftə ərzində limanın iş yükü ilə bağlı vəziyyəti dəyişməyib, gəmilər qrafikdən orta hesabla 170 saat kənara çıxır, onların  limana vaxtında çatma faizi isə 20% təşkil edir.

Yantianın konteyner terminallarında hazırda gündə 12.000 konteyner işlənilir.