Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub

258

Qara dənizdə içində 700 ton mazut olan tankerdə yanğın baş verib.

Yanğın Komor adaları bayrağı altında üzən “Almuntazah” tankerinin maşın otağında olub.

Bildirilib ki, sözügedən tanker Taman limanında sahildən 1,2 mil aralıda, lövbərdə imiş. Gəmidə açıq atəş müşahidə edilməsə də, havalandırma dəliklərindən qara tüstü çıxdığı görülüb.

Tankerin heyəti yeddi Rusiya vətəndaşından ibarət olub. Zərərçəkənlər barədə hələlik hər hansı məlumat verilməyib.

Mənbə: TASS