ASCO üzrə ötən il ərzində təhvil verilən müxtəlif tullantıların miqdarı açıqlanıb

295

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2021-ci ilin nəticələrinə görə, ASCO gəmilərindən 69,233 m³ plastmas, 667,555 m³  qida qalığı, 527,274 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 81,985 m³  istismar tullantısı, 505 m³ neft qalığı, 6824 m³ döşəməaltı lyal sular, 95364,58 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 154 m³ çən dibində formalaşmış neftli şlam, 10,66 ton yanmış qəlib qumu, 1358,98 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı),  77671,49 ton məişət çirkab suyu, 1059 ton neftli döşəməaltı-lyal su, 204,547 ton sürtgü yağı, 4059,23 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1089,3 m³  qida qalığı, 171,41 m³ polimer əsaslı və plastmas tullantı, 109,9019 m³ yağlı və neftli tullantı, 133,85 m³  müxtəlif rezin tullantı, 117 ədəd akkumulyator və halvanik element, 627,66 m³ istismar tullantı, 36 m³  elektron tullantı, 1,27 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, ötən il ərzində ümumilikdə 2,74 ton kağız, 1,1842 ton plastmas, 7298,504 ton qara metal, 14, 901 ton əlvan metal  isə təkrar emala göndərilib.

asco.az