Traulerdə ətraf mühitin daha effektiv mühafizəsini təmin etmək üçün yüksək texnoloji qurğu və avadanlıqlar quraşdırılıb

257

İspaniyanın Viqoda şəhərindəki  Astilleros Armón gəmiqayırma zavodunda inşa edilən “Baldvin Njálsson” trauleri bu günlərdə İslandiyada sifarişçiyə təhvil verilib.

“Seanews.az” xəbər verir ki, traulerdə balıq ovu, onun qorunması və ətraf mühitin daha effektiv mühafizəsini təmin etmək üçün ən yüksək texnoloji  qurğu və avadanlıqlar quraşdırılıb.

“Kınarca” şirkətinin təchiz etdiyi soyuducu qurğusu 1700 kubmetrlik  anbarlarda sutkada 80 ton balığın dondurulmasını və -30C temperaturda saxlanılmasını təmin edir.