25 ölkənin iştirakı ilə Gəmiçiliyə Beynəlxalq Dəniz Yardımı Təşkilatının Konvensiyası imzalanıb

278

Yanvarın 27-də 25 ölkə Fransada dəniz sektorunda xilasetmə və digər əməliyyatların əməkdaşlığının genişləndirilməsi və səmərəliliyinin artırılması məqsədi daşıyan Gəmiçiliyə Beynəlxalq Dəniz Yardımı Təşkilatının Konvensiyasını imzalayıb.

“Seanews.az”  xəbər verir ki, Konvensiyadan  dəniz nəqliyyatına operativ yardımın təşkili, həmçinin  resursların optimallaşdırılması və gəmi ilə daşımaların səmərəli aparılması üçün istifadə olunacaq. Sazişin tərəfləri təkcə gəmilər üçün deyil, həm də ətraf mühit üçün dəniz təhlükəsizliyinə çalışacaqlar.

Konvensiyanı Kuba, Anqola, Antiqua və Barbuda, Banqladeş, Kamboca, Kamerun, Kot-divuar, Cibuti, Misir, Qabon, Gürcüstan, Qana, Yunanıstan, Qvineya-Bisau, İndoneziya, İran, İrlandiya, İslandiya, Malta, Mavritaniya, Meksika, Konqo, Seneqal, Tunis, Toqo, Vanautu və Fransa imzalayıb.