Ötən il dəniz nəqliyyatı ilə 793,1 min ton yük daşınıb

225

Ötən il dəniz nəqliyyatı ilə ümumilikdə 793,1 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 716,3 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-dekabr aylarında dəniz nəqliyyatı ilə ixrac olunan 295,2 min ton yükün dəyəri 148,3 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 497,9 min tondan çox, dəyəri isə 567,9 milyon dollar olub.