Temza çayı üzərindəki yeni terminal kompleksi 250 milyon funt sterlinqə başa gəlib

234

Yanvarın 31-də Böyük Britaniyanın Temza çayı üzərində yeni “Tilberi – 2” limanının rəsmi açılış mərasimi olub.

“Seanews.az” xəbər verir ki, yeni terminal kompleksi Avropaya ixrac və Avropadan idxal edilən ərzaq, içkilər və dərmanlar da daxil olmaqla müxtəlif yüklərlə dolu konteyner və qoşqularını qəbul edəcək və aşıracaq. Bu yüklər “P&O Ferries” tərəfindən idarə olunan Tilberi-Zebryuq bərə marşrutu ilə daşınacaq.

Terminalda həmçinin Tesco-nun yeni dəmir yolu xidməti ilə Şotlandiyanın Qrençmut limanındakı əsas yük stansiyasına çatdırılan soyudulmuş yüklər işlənəcək.

“Forth Ports Group” “Tilberi – 2” terminal kompleksinə 250 milyon funt sterlinq sərmayə qoyub. Yeni liman 160 hektar ərazidə keçmiş elektrik stansiyasının ərazisində salınıb.