İranlı nazir: “Xəzərdə “Ro-Ro” tipli gəmilərilə daşımalar artırılmalıdır”

265

“Dünya okeanına birbaşa çıxış olmayan ölkələrin limanlardan yararlana bilməsi üçün İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında “ECO GATE” adlı layihənin icrası sürətləndirilməli, Xəzər dənizində “Ro-Ro” tipli gəmilərlə daşımalar artırılmalıdır”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu onlayn keçirilən 11-ci ECO Nazirlər Konfransında İranın avtomobil yolları və şəhərsalma naziri Rüstəm Kasımi deyib.

O, daşımaları artırmaq üçün hökumət, aktiv gəmiçilik şirkətləri və gəmi inşa edən şirkətlərin nümayəndələrindən ibarət komitənin yaradılmasınl təklif edib.

Ötən ilin dekabrında yenidən fəaliyyətə başlayan İslamabad-Tehran-İstanbul yük qatarının (İTİ) Çindən-Avropaya yeni tranzit marşrutu yaratmaq imkanından məmnunluğunu ifadə edən Qasımi deyib ki, bu marşrut və üç ölkə arasında gömrük güzəştlərinin tətbiqi faydalı ola bilər”

Xatırladaq ki, ECO 1985-ci ildə Tehranda İran, Pakistan və Türkiyə liderlərinin iştirakı ilə qurulub. Sonradan təşkilata Azərbaycan, Əfqanıstan və 5 Orta Asiya ölkəsi qoşulub.