Son 40 ildə ekstremal hava şəraiti Avropada 142 min nəfərin ölümünə səbəb olub

271

İsti hava dalğaları, daşqınlar və digər ekstremal hava şəraitləri son 40 ildə Avropada 142 min nəfərin ölümünə səbəb olub, qitənin iqtisadiyyatına 500 milyard avro dəyərində ziyan vurub.

AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyi hesabatında həm fərdi, həm də ümumavropa səviyyələrində ekstremal hava şəraiti ilə mübarizə üçün daha yaxşı strategiyaların inkişaf etdirilməsinə çağırıb. Hesabatda bildirilib ki, indiyədək dəymiş ziyanın yalnız dörddəbiri sığortalanıb.

İsti hava dalğaları, soyuq havalar, quraqlıq və meşə yanğınlarını əhatə edən iqlim hadisələri ümumi ölüm sayının 93 faizini, maddi ziyanın isə 22 faizini təşkil edir. 2003-cü ildə təkcə isti hava kütlələri Avropanın 32ölkəsində 80 min insanın həyatına son qoyub.

Avropa Ətraf Mühit Agentliyi hesab edir ki, son 40 il ərzində əldə edilən məlumatlar yaxın gələcəkdə iqlim dəyişikliyinin qitəyə daha çox ziyan vuracağını göstərir.