Çində tanker böyüklüyündə balıqyetişdirmə gəmisi inşa edilib

269

Çində inşa olunan dünyanın ilk 100 min ton tutumlu ağıllı balıqyetişdirmə gəmisinin sınaq üzüşü baş tutub.

“Seanews.az” xəbər verir ki, “Guoxin 1” gəmisinin sınaqları Şandaq əyalətinin Qinqdao kəndindəki limanda yerinə yetirilib.

Uzunluğu 249,9 metr olan gəmidə su məhsulları yetişdirmək üçün 15 hovuz yerləşir.

Gəminin 2022-ci ilin aprelində istifadəyə verilməsi nəzərdə tutulur.