İran Körfəz-Qara dəniz dəhlizi ilə bağlı Azərbaycanla koordinasiya işləri aparır.

368

İran və Azərbaycan arasında mətbuat tərəfindən yaradılan bəzi anlaşılmazlıqlar geridə qalıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazisində yenidənqurma işlərində iştirakla bağlı suala cavabında deyib.

O qeyd edib ki, ki, mətbuat xarici əlaqələr sahəsində məsuliyyətli davranmalıdır.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında razılıqlar əldə olunub: “Hazırda Fars Körfəzindən Qara dənizə kimi olan dəhlizlə bağlı Azərbaycanla koordinasiya işləri aparılır”.