Gəmi ilə daşınan yüklərin izlənməsi məqsədilə yeni xidmət istifadəyə verilib

469

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) dəniz nəqliyyatı ilə yükdaşımalar sahəsində qabaqcıl texnologiyaların və təcrübələrin tətbiqini davam etdirir.

Şirkət xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə yük sahibləri üçün yeni imkan yaradıb.  Daşımaların real rejimdə izlənilməsi üçün www.asco.az saytında “yüklərin izlənməsi” adlı e-xidmət (https://tracking.asco.az/) yaradılıb. Yeni xidmətin köməkliyi ilə vaqon və avtomaşın nömrəsinə görə axtarış mümkündür.

Daşıma statusu haqqında operativ informasiya müştərilərə bir çox üstünlüklər verəcək. Belə ki, onlar daşınan yükün limana çatıb-çatmamasını, gəmiyə yüklənmə və qarşı limana təxmini çatma vaxtını izləyərək yüklə bağlı yaranan hər hansı gecikmədən vaxtında xəbər tuta biləcəklər. Həmçinin, daşıma başa çatdıqdan sonra belə dəniz daşımasının nə zaman baş tutması və onun müddəti haqqında dəqiq informasiya əldə etmək imkanına malik olacaqlar.