İstismardan çıxarılan bərə əyləncə tədbirlərinin keçirildiyi məkana çevriləcək

315

“Seanews.az”  xəbər verir ki, 1965-ci ildən Manhetten və Staten adası arasında işləyən “Con Kennedi” gəmi-bərəsi mühərrik problemləri səbəbindən bir müddət əvvəl istismardan çıxarılmışdı. 

Kifayət qədər yaxşı vəziyyətdə qalan gəmi Şəhər İdarəetmə Xidmətləri Departamenti tərəfindən bir həftəlik hərraca çıxarılıb.

Cəmi 288100 dollara bərə “Şənbə axşamı canlı efirdə” verilişinin iki komik aparıcısı – Pete Davidson və Kolin Colt və “The Stand” komediya klubunun həmtəsisçisi olan rieltor Paul Italia-dan ibarət “üçlüyə” verilib. Onlar da 227 metrlik gəmini canlı əyləncə mərkəzinə çevirəcəklərini açıqlayıblar. 

Gəminin geniş daxili ərazisindən komediya eskizləri, musiqi, incəsənət və s. daxil olmaqla əyləncəli şoular üçün istifadə ediləcək. Ən əsası odur ki, gəmi təkrar emal üçün doğranmağa getməyəcək.
Keçən yay istismardan çıxarılmazdan əvvəl bərə donanmanın ən yaşlı gəmisi idi. Paul yedək gəmisi icarəyə götürəcəklərini və onun köməyi ilə bərəni ən yaxın tərsanəyə aparacaqlarını söyləyib.