Rusiya və Türkmənistan arasında VI Xəzər Sammitinə hazırlıq məsələləri müzakirə edilib

292

Rusiya və Türkmənistan xarici işlər nazirləri Sergey Lavrov və Rəşid Meredov bu il keçiriləcək VI Xəzər Sammitə hazırlıq məsələlərini müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin aktual istiqamətlərini müzakirə ediblər.

Türkmənistanda cari il oktyabr və noyabr aylarında Xəzəryanı dövlətlərin başçılarının VI Zirvə görüşü və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin başçılarının 15-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Qeyd edək ki, Türkmənistan ikinci dəfə Xəzəryanı dövlətlərin başçılarının sammitini keçirməyə hazırlaşır. 2018-ci il avqustun 12-də Aktauda (Qazaxıstan) keçirilən son görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar.