Yunanıstan sahillərində yanan gəmidəki şəxslərdən 12-si itkin düşüb

351

Ötən gün İon dənizində Yunanıstan sahillərində yanğın baş vermiş kruiz laynerində olan şəxslərdən 12 nəfəri itkin düşüb.

Trend-in məlumatına görə, onlardan yeddi nəfərinin Bolqarıstan vətəndaşı olduğu deyilir.

Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ötən gün İtaliya bayrağı altında üzən “Euroferry Olympia” laynerində yanğın baş verib.

Gəmidə 239 sərnişin və 51 heyət üzvü olub. Onların böyük əksəriyyəti xilas edilib, xəsarət alanlar olmayıb.