1915 Çanaqqala körpüsünün açılış mərasiminin keçirilməsi təxirə salınıb

333

1915 Çanaqqala körpüsünün açılış mərasiminin keçiriləcəyi tarix dəyişib.

APA-nın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan körpünün açılış mərasiminin planlaşdırıldığı kimi, 26 fevralda deyil, 18 martda keçiriləcəyini bildirib.

Türkiyə Prezidenti vətəndaşların istəyi ilə belə bir qərar qəbul edildiyinin açıqlayıb: “Planlaşdırdığımızdan 1 il əvvəl inşasını tamamladığımız, tezliklə xalqımızın xidmətinə vermək üçün 26 fevralda açmağı nəzərdə tutduğumuz 1915 Çanaqqala körpüsünün açılış mərasimini vətəndaşlarımızın istəyi ilə Çanaqqala zəfərinin ildönümündə – 18 martda keçirməyi qərara aldıq”.

Qeyd edək ki, 1915 Çanaqqala körpüsünün təməli 18 mart 2017-ci il tarixində Lapsekidə qoyulub. Uzunluğu 3869 metr olan bu asma körpünün qüllələri arasında məsafə Cümhuriyyətin 100 illiyinə uyğun 2023 metrdir. Hündürlüyü 318 metr olan körpünün eni 45,06 metrdir. Dardanel boğazı üzərindəki ilk asma körpü olan 1915 Çanaqqala körpüsü ümumilikdə Mərmərə bölgəsində 5-ci asma körpüdür.