Güclü külək əsəcək – XƏBƏRDARLIQ

360

Bakıda və Abşeron yarımadasında fevralın 21-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında fevralın 21-i gündüzdən 22-si səhərədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.