İranla Qətər arasında sualtı tunel tikiləcək

343

İran və Qətər hakimiyyəti iki ölkəni birləşdirəcək sualtı tunelin tikintisi ilə bağlı danışıqlar aparır.

Bu barədə bazar günü İranın Limanlar və Gəmiçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad bildirib.

“Hazırda biz Qətərlə hava nəqliyyatı, dənizçilik və liman sektorlarında əməkdaşlıq, o cümlədən sualtı tunelin yaradılması ilə bağlı danışıqlar aparırıq. İranın Dəyyer limanı (Buşəhr) ilə ərəb ökəsini birləşdirəcək tuneli unikal layihə adlandırmaq olar”, – deyə o bəyan edib.

Rastadın sözlərinə görə, İran prezidenti İbrahim Rəisi fevralın 20-dən 22-dək keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumunda iştirak etmək üçün fevralın 21-də Qətərə səfər edəcək. Səfər çərçivəsində tunelin inşası üzrə müvafiq sazişlərin imzalaması da gözlənilir.

Mənbə: TASS