İngiltərə son günlərdə artıq üçüncü qasırğa ilə üzləşib

388

Ötən həftə təsirli olan “Dadli” və “Yunis” fırtınalarından sonra meydana gələn “Franklin” tufanına görə İngiltərənin Yorkşir bölgəsində 80-dən çox daşqın xəbərdarlığı edilib.

Bu səhər Uelsin keypel Keriq şəhərində küləyin sürəti saatda 127 km, Şimali İrlandiyanın Orlok Hed şəhərində isə 125 km-ə çatıb.  Baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün bölgə sakinləri təxliyə edilib.

Britaniyanın şimalında 150-dən çox daşqın xəbərdarlığı edildiyi halda, fırtınadan ən çox Yorkşir və Mançester şəhərləri zərər çəkib. Yorkşir əyalətinin səlahiyyətliləri insanları çaylardan uzaq durmaq barədə xəbərdar edərkən, daşqın səbəbindən yollar və körpülər bağlanıb.

Həmçinin, uçuşlar ləğv edilib. Dəmir yolu nəqliyyatında da tədbirlər həyata keçirilib.

Mənbə: TRT