500 metrədək dərinlikdə xəndək qaza bilən ən güclü gəmi

245

Çinin Milli Dəniz Neft Korporasiyası (CNOOC) ölkənin öz istehsalı olan ilk dərin sualtı xəndəkqazan gəmisini Çinin cənubundakı Hainan əyalətinin sahillərində uğurla sınaqdan keçirilib.

“Seanews.az” xəbər verir ki,  bu, suyun dərinliklərindəı boru kəməri çəkmək üçün dünyanın ən güclü  və yeganə xəndəkqazandır. Çəkisi 180 ton olan gəmi 500 metrədək dərinlikdə 2,5 metr diametrdə xəndək qaza bilir.

Sınaqlar CNOOC dərin dəniz mühəndis gəmisinin iştirakı ilə real xəndək qazma prosesinin simulyasiyası ilə həyata keçirilib.