İstanbul sahillərində dənizinin bəzi yerləri selikli təbəqə ilə örtülüb

249

Türkiyənin İstanbul şəhərinin sahillərində dənizinin bəzi yerləri selikli təbəqə ilə örtülüb.

Qeyd olunur ki, ötən il Mərmərə dənizinin bəzi hissələrini örtən selikli təbəqə indi də İstanbulda qeydə alınıb.

Səmadan çəkilən görüntülərdə selikli təbəqənin dəniz səthini necə əhatə etdiyi aydın görünür.

Qeyd edək ki, əsasən köpük halında özünü büruzə verən qatı selik təbəqəsi dənizin üst hissəsinə toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir.

Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.

Oxu.az