Rusiyanın Qara dənizdə vurduğu gəminin Moldovaya məxsus olduğu məlum olub

337

Qara dənizdə Rusiyanın atəşə tutduğu tankerin Moldovaya məxsus olduğu məlum olub.

“Report” xəbər verir ki, bu barədə Moldova Dəniz Agentliyi məlumat yayıb.

Agentlik gəminin mərmi ilə vurulduğunu vurğulayıb.

Göyərtədəki ekipajın Rusiya vətəndaşları, lakin gəminin operatorunun isə Ukraynaya məxsus şirkət olduğu bildirilib. 16:17

Rusiyanın Hərbi Dəniz Qüvvələri Qara dənizdə Rumıniya bayraqlı “Millennium Spirit” bunker gəmisinə atəş açıb.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı feysbuk səhifəsndə yazıb.

Onun sözlərinə görə, hazırda gəmi ilə əlaqə mövcud deyil.

Faktla bağlı araşdırma aparılır.