La-Manş boğazında Rusiya gəmisinin ələ keçirildiyi deyilir

253

Fransa Dəniz Prefekturası La-Manş boğazında Rusiya gəmisini ələ keçirib.

Trend-in məlumatına görə, bu barədə “Frans Press” agentliyi bildirib.

Hadisənin təfərrüatları ilə bağlı digər məlumatlar verilməyib.

Agentliyin məlumatına görə, həmin gəminin beynəlxalq sanksiyalar tətbiq olunan Rusiya şirkətinə məxsus olduğu hesab edilir.