“FKAB”-ın mühərriki təmiz hidrogen yanacağı ilə işləyən gəmi layihəsi bəyənilib

238

“RINA” təsnifat cəmiyyətinin mütəxəssisləri İsveçin “FKAB” konstruksiya şirkətinin mühərriki ekoloji cəhətdən təmiz hidrogen yanacağı ilə işləyən orijinal gəmi layihəsini bəyəniblər.

“Seanews.az”  xəbər verir ki, bu tanker istismarı üçün lazım olan hidrogeni özü müstəqil olaraq mayeləşdirilmiş təbii qazdan istehsal edəcək.

Hərəkət zamanı bilavasitə tankerin göyərtəsində həyata keçirilən xüsusi emal nəticəsində mayeləşdirilmiş təbii qazdan hidrogen və karbon qazı alınacaq. Gələcəkdə hidrogen yanacaq elementlərinin bir hissəsi kimi və ya “hibrid” yanacağın komponentlərindən birində gəminin hərəkətini təmin etmək üçün istifadə ediləcək.

Karbon qazına gəlincə, atmosferə adi emissiya əvəzinə, kimya sənayesi tərəfindən sonrakı istifadə üçün səfərin sonuna qədər mayeləşdirilmiş formada saxlanılacaq. Bu ikili tapşırığın həllini təmin etmək üçün gəminin yuxarı göyərtəsində dörd silindrik çən quraşdırılacaq – müvafiq olaraq ikisi “LNG” və ikisi karbon qazı üçün.

Mütəxəssislərin fikrincə, təklif olunan texnologiya Beynəlxalq Dəniz Təşkilatının (IMO) atmosferə istixana qazlarının emissiyasını azaltmaq tələblərinin yerinə yetirilməsini sürətləndirəcək.