“CMA CGM” bioyanacağın təchizat sınaqlarına başlayıb

242

“CMA CGM” şirkəti Sinqapurun Dənizçilik və Limanlar İdarəsi ilə əməkdaşlıq çərçivəsində bioyanacağın təchizat sınaqlarına başlayıb.

“Seanews.az” xəbər verir ki, ilk dəfə fevralın 23-də  10,6 min TEU tutumlu  “APL Paris” gəmisi “bortdan-borta” əməliyyatı ilə yanacaqla təmin edilib.

Sonra konteyner gəmisi “Pacific East Coast 2” xidməti çərçivəsində Asiya – Cənubi Amerika marşrutu üzrə səfərə çıxacaq.

Sınaqlar altı ay davam edəcək. “CMA CGM” şirkətinin  Asiya-Cənubi Amerika, Asiya-Afrika, Asiya-Okeaniya, Asiya-Aralıq dənizi, Şimali Avropa-ABŞ marşrutlarında istismar olunan 2,2 -10,6 min TEU tutumlu 32 konteyner gəmisi sınaqlarda iştirak edəcək.

Gəmilər müxtəlif bioyanacaqlardan, o cümlədən işlənmiş bitki yağı və ənənəvi dəniz yanacağının qarışığından istifadə edəcək. CO2 emissiyalarını 21% azaldacaq belə qarışıqdan bütün növ gəmilərdə istifadə oluna bilər.