Britaniyadan Rusiya ilə əlaqəsi olan gəmilərə QADAĞA – FOTO

406

“Rusiya ilə hər hansı əlaqəsi olan gəmilərin Britaniya limanlarına daxil olması qadağan edilib”.

Bu barədə Britaniya Nəqliyyat Nazirliyinin rəhbəri Qrant Şepps özünün “Twitter” hesabından bildirib.

Onun sözlərinə görə, Britaniya bu barədə qanun qəbul edən ilk ölkədir.

Nazir paylaşımına XİN rəhbərinin müavini Ceyms Kleverlə birlikdə fotosunu əlavə edib.