506 gəmidən ibarət donanmanı idarə edən şirkət yüklərin Rusiyaya və Rusiyadan çatdırılmasını dayandırıb

239

“CMA CGM” martın 1-dən  yüklərin Rusiyaya və Rusiyadan  çatdırılmasını dayandırıb.

“Seanews.az” xəbər verir ki, bundan əvvəl “MSC”, “Maersk”, “Hapag-Lloyd” və “ONE” bu istiqamətdə yüklərin daşınması üçün yeni sifarişlərin qəbulunu dayandırmışdı.

“Təhlükəsizlik baxımından qrup Rusiyaya və Rusiyadan gələn bütün sifarişləri növbəti bildirişə qədər dayandırmaq qərarına gəlib”, – bəyanatda deyilir.

Dənizçilərin müdafiəsi üçün bütün lazımi tədbirlərin görüldüyü vurğulanır. Xəbərdarlıq səviyyəsi yüksəldilib və İT sistemlərini qorumaq üçün qabaqlayıcı tədbirlər görülüb.

“Biz vəziyyəti izləməyə davam edəcəyik və işçilərimizi, heyət üzvlərimizi qorumaq və müştərilərimizin yüklərinin maksimum mümkün daşınmasını təmin etmək üçün zəruri hallarda əlavə tədbirlər görəcəyik” dedi.

1978-ci ildə Jak R. Saade tərəfindən yaradılmış və oğlu Rodolf Saadenin rəhbərlik etdiyi “CMA CGM” gəmiçilik qrupu (qərargahı Fransanın Marsel şəhərində yerləşir) hazırda dünyanın üçüncü ən böyük konteyner daşıyıcısıdır. Qrup 200 okean xəttində dünyanın 420-dən çox limanına səfərlər edən 506 gəmidən ibarət donanmanı idarə edir.

“CMA CGM”-nın 160 ölkədə 755 ofisi və 750 anbarı var. Qrupun Marseldəki baş qərargahında 2,4 min nəfər çalışır. Ümumilikdə dünya üzrə “CMA CGM” tərəfindən işə götürülən heyət 110 min nəfərdir.