“Maersk” Rusiyaya və Rusiyadan bütün bütün konteyner daşımalarını dayandırır

212

Gəmiçilik nəhəngi “Maersk” Rusiyaya və Rusiyadan bütün konteyner daşımalarını müvəqqəti olaraq dayandıracaq.

“Seanews.az”  xəbər verir ki, şirkət artıq yolda olan yükləri isə təyinat yerinə çatdırmaq üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, Danimarkaya məxsus “Maersk” şirkəti Şimal-Qərb, Uzaq Şərq, Baltik və Qara dəniz limanları vasitəsilə daşımalar həyata keçirir.