“SOCAR Marine” Türkiyə daxilində yanacaq satışlarına başladı

260

“SOCAR Marine” şirkəti artıq Türkiyə daxilində də yanacaq satışlarına başladı.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini və mətbuat katibi İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, “SOCAR Marine” dəniz yanacağı sektorunda beynəlxalq müstəvidə fəaliyyət göstərərək, ildə təxminən 700 min ton yanacaq satışı gerçəkləşdirirdi:

“İndi illik 450 min ton bazar potensialı olan Türkiyənin limanlarında da xidmət göstərəcək”.