Bakı Limanı ISO 14001:2015 “Ətraf Mühit Mühafizəsinin İdarəetmə Standartı”-nın resertifikasiyasından uğurla keçib

332

Bakı Limanı olaraq müasir standartların və həllərin əməliyyat sistemlərində tətbiq olunması ilə liman xidmətlərinin təkmilləşdirilməsinə, fəaliyyətlərimizin dayanıqlılığına və iş prosesində şəffaflığın yaradılmasına çalışırıq.

Bakı Limanı yenidən ISO 14001:2015 sertifikatı əldə etmişdir. Bu sertifikat ətraf mühitin mühafizəsi üzrə idarəetmə standartı olub müəssisədə ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə sistemli əməliyyatların qurulmasını və eko-sistemin qorunması üçün dayanıqlı fəaliyyətlərin aparılmasını özündə ehtiva edir.

Bununla yanaşı, Bakı Limanı regionda ilk dəfə olaraq 2019-cu ildə Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO) “EcoPorts” sertifikatına layiq görülüb və ötən il bu resertifikasiyadan da uğurla keçib. Beləliklə, Azərbaycan dünya üzrə ərazisində qeyd olunan sertifikatı almış 24 ölkə arasında öz yerini alıb və Bakı Limanı regionun ilk “Yaşıl Liman” statusuna layiq görülüb.

Bakı Limanı təhlükəsiz və sağlam iş mühitini dəstəkləyir, eyni zamanda, ətraf mühit və insan sağlamlığının qorunması Limanımızın ən mühüm prioritet istiqamətlərindəndir.