Baltik Dənizi Dövlətləri Şurası Rusiyanın bu təşkilatın fəaliyyətində iştirakını dayandırıb

245

Baltik Dənizi Dövlətləri Şurasının (BDDŞ) üzvləri, yəni Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Norveç, Polşa, İsveç və Avropa İttifaqı Rusiyanın Şuranın gələcək fəaliyyətində iştirakını dayandırmaq qərarına gəliblər.

“Seanews.az” xəbər verir ki, müşahidəçi statusuna malik Belarusun da Şuranın fəaliyyətində iştirakdan kənarlaşdırılacağı gözlənilir.

Verdiyi bəyanatda Şura bu qərarını Ukrayna ətrafındakı vəziyyətlə izah edib.

Baltik Dənizi Dövlətləri Şurası 1992-ci il martın 5-6-da Kopenhagendə Baltik dənizi ölkələrinin xarici işlər nazirlərinin konfransında yaradılmış beynəlxalq təşkilatdır. Şuraya Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, Rusiya, Finlandiya, İsveç, Estoniya, həmçinin Avropa Birlikləri Komissiyası daxil idi. İslandiya təşkilata 1995-ci ildə qoşulub. Bir sıra ölkələr (Belarus, Böyük Britaniya, İspaniya, İtaliya, Hollandiya, Rumıniya, Slovakiya, ABŞ, Ukrayna və Fransa) BDDŞ-də müşahidəçi statusuna malikdirlər. Belarus və Fransa isə tam hüquqlu üzvlük üçün ərizələr təqdim edib.