Batumi limanına Rusiya gəmisi daxil olub, Acarıstan hökuməti izahat verib

304

Rusiya bayrağı altında üzən “Leonid Pestrikov” gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze məsələyə münasibət bildirib. O, gəminin hər hansı bir qanunu pozmadığını deyib: “Gəmidəki yük Gürcüstan üçün nəzərdə tutulub. Yük Gürcüstana Türkiyədən çatdırılıb”.

T.Rijvadze qeyd edib ki, Rusiya yük daşıyıcılarının Avropa ölkələrinin sərhədlərinə buraxılmaması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil.