Bakı Limanının gəlirləri 21% artıb

261

2021-ci ildə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan 29,9 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 20,5% çoxdur.

Xatırladaq ki, ötən il Bakı Limanında 5,6 milyon ton yük aşırılıb ki, bu da əvvəlki ilə nisbətən 14,6% çoxdur.