Limançılar tankeri boşaltmaqdan imtina ediblər

216

Britaniyada liman işçiləri anbarları Rusiya nefti ilə dolu tankeri boşaltmaqdan imtina ediblər.

“Seanews.az” xəbər verir ki,Almaniya bayrağı altında üzən “Seacod” gəmisi liman rəhbərliyinin icazəsi ilə cümə axşamı Mersi çayı üzərindəki terminalda dayanıb.

Britaniya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən Rusiya ilə əlaqəli hər hansı gəminin limanlara daxil olmasını qadağan edib.

Yerli həmkarlar ittifaqı “Seacod” tankerinin anbarlarındakı yüklərin qadağan olunmadığını, lakin işçilərin heç bir halda onu boşaltmayacağını və hökumətin qadağanın praktikada necə tənzimləndiyinə dair “boşluqlarıarı aradan qaldırmalı olduğunu” bildirib.