Bakı Limanındakı terminallar şirkətlərin idarəçiliyinə veriləcək

309

Növbəti illərdə Bakı Limanında yerləşən terminallar şirkətlərin idarəçiliyinə veriləcək.

APA-Economics” xəbər verir ki, bunu “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsinin bağlanış mərasimində çıxış edən Bakı Limanının baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, Bakı Limanında yerüstü quru liman formatının tətbiqi planlaşdırılır, bu da limanın mərkəzi hab rolunu oynamasına imkan verəcək.

“Liman yerüstü inzibatçı qismində çalışacaq. Hazırda terminalların istismarı nəzarətimizdədir. Biz gələcəkdə terminalları müqavilə əsasında xüsusi şirkətlərin idarəçiliyinə verəcəyik. Eyni zamanda, bu, beynəlxalq, regional və Avropa İttifaqından olan şirkətlərin bir araya gəlməsinə yol açacaq”, – T. Ziyadov qeyd edib.