Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

275

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

“Saat 07:20-yə olan məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən Bosfor boğazı hər iki tərəfə keçid üçün bağlanıb”, – məlumatda deyilir.

Xatırladaq ki, İstanbul və Ankara da daxil olmaqla, Türkiyənin bir sıra regionlarında hava şəraiti kəskin şəkildə pisləşib. Bəzi rayonlarda qar gözlənilir. Bununla əlaqədar olaraq, “Turkish Airlines” aviaşirkəti İstanbulun iki hava limanında 400-dən çox reysi ləğv edib.