İslandiyanın balıqçılıq naziri Svandis Svavarsdottir Rusiya balıqçı gəmilərinin İslandiya limanlarına daxil olmasına icazə verən sərəncamını ləğv edib.
“Seanews.az” xəbər verir ki, İslandiya qanunlarına görə, adi ehtiyatlarda balıq tutan gəmilər İslandiya limanlarına sərbəst daxil ola bilməz. Adanın cənubunda və qərbində beynəlxalq sularda balıq tutan Rusiya gəmiləri üçün istisna edilib.
“Davamlı olmayan balıqçılığı dəstəkləmək İslandiyanın marağında deyil. Buna görə də bu istisnanı ləğv etmək qərarına gəldim”,-deyə nazir bildirib.
Svandis Svavarsdottir əlavə edib ki, “Rusiyanın davranışı elədir ki, onun xeyrinə olan xüsusi istisnaları saxlamaq mümkün deyil”.
Bu barədə Rusiya hakimiyyət orqanlarına rəsmi məlumat veriləcək.