“ZIM” və “MSC” Şimali Avropa – Şərqi Aralıq dənizi marşrutu üzrə əməkdaşlığı dayandırır

287

“Seanews.az” xəbər verir ki, son səfər martın 29-da Hayfadan yola düşəcək “MSC Lausanne” konteyner gəmisi ilə həyata keçiriləcək. Bundan sonra birgə xidmət göstərilməyəcək.

Eyni zamanda, “ZIM” şirkəti  “ZMI” xidmətini genişləndirir. Əvvəllər xidmət Hindistan yarımadasının və Şərqi Aralıq dənizinin limanlarını birləşdirirdi, martın 22-dən xidmətə Şimali Avropa limanları da daxil ediləcək.

“ZMI” xidməti Mundra, Nava Şeva və Kolombo limanlarına üç birbaşa yanalma, Hindistandakı limanları və konteyner terminallarını tam əhatə etmə, Qara dəniz limanlarına daşınma ilə Mersin limanına daxil olma təklif edir.

Xatırladaq ki, cari ilin yanvarında “ZIM” aprel ayından etibarən “MSC” və “Maersk”-in daxil olduğu “2M” alyansı ilə Asiya – Aralıq dənizi ticarəti üzrə əməkdaşlığı dayandıracağını və “ZIM Med Pacific” xidmətini işə salmaqla müstəqil işləyəcəyini açıqlamışdı.