Kürdə su böhranı davam edir

318

Xəbər verdiyimiz kimi, 10 gün əvvəl Kür çayının Salyan rayonundan keçən hissəsində çay tamamilə quruyub.

“Report”un Muğan bürosunun əməkdaşı yerli sakinlərdən hazırkı vəziyyəti öyrənməyə çalışıb.

Rayon sakinlərinin sözlərinə görə, çayda su artmayıb. Su böhranı hazırda da davam edir: “İçməli sudan və əkin sahələrini suvarmaqda çətinlik çəkirik”.

Analoji vəziyyət Neftçala rayonunda da yaşanır.