Nazir: “Rusiya gəmilərinin Baltikyanı ölkələrin limanlarına yanalması qadağan ediləcək”

318

“Rusiya bayrağı altında üzən gəmilərin Baltikyanı ölkələrin limanlarına daxil olması qadağan ediləcək”.

“Report” xəbər verir ki, bunu Latviyanın nəqliyyat naziri Talis Linkayts yerli “TV3”ün efirində bildirib.

“Rusiya bayrağı altında üzən gəmilər hələ də Latviyanın limanlarına yan alır. Məncə, bu qəbuledilməzdir. Ona görə də biz hökumətin uyğun qərarını hazırlayırıq”, – o deyib.