Rusiya Qara dənizdə ərzaq daşıyan 90-dan çox gəminin hərəkətini məhdudlaşdırıb

213

Rusiya Qara dənizdə onlarla qida ticarəti gəmisinin hərəkətini məhdudlaşdırıb.

Bu barədə ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.

O, bu davranışların bir neçə regionda iqtisadi böhrana səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Şermanın sözlərinə görə, Ukraynadakı müharibə fonunda ərzaq təhlükəsizliyi getdikcə daha ciddi qlobal problemə çevrilir, çünki Ukrayna və Rusiya Federasiyası kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarıdır.

“Qlobal buğda ixracının 30 %-i, qarğıdalının 20 %-i və günəbaxan yağının 75 %-i adətən Qara dəniz regionundan gəlir”, – deyə Şerman vurğulayıb.

“Məlumatlara görə, onlar (Rusiya – red.) dünya bazarına ərzaq daşıyan 94 gəminin Qara dənizdən Aralıq dənizinə getməsinə mane olur. Təəccüblü deyil ki, indi bir çox yükgöndərənlər Qara dənizə, hətta Rusiya limanlarına da gəmi göndərməkdə tərəddüd edirlər”, – deyə o əlavə edib.

Mənbə: RBK-Ukrayna