Ötən il Azərbaycanda ovlanan balığın çəkisi açıqlanıb

289

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, Azərbaycanda 2021-ci ildə 279 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1837,4 ton kvotaya qarşı 1463,6 ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ovlanmış balığın 922,6 tonu kilkə, 109,8 tonu kütüm, 89,4 tonu siyənək, 89,1 tonu kefal, 65,7 tonu külmə, 44,5 tonu çapaq, 49,1 tonu çəki, 25,4 tonu dabanbalığı, 11,8 tonu sıf, 13,2 tonu şamayı, 5,0 tonu naxa, 2,8 tonu qarasol, 1,8 tonu x əşəm, 1,0 tonu durna balığı, 1,1 tonu xərçəng, 31,3 tonu digər balıq növlərinin payına düşüb.

2021-ci ildə balıqçılar tərəfindən kvota üçün 119,2 min manat ödənilib.

Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2021-ci ildə ilkin məlumata görə 59513 ton balıq ovlanmışdır ki, bu da 2020-ci ildəkindən 2,8 faiz azdır.