Xəzər dənizi elektrik enerjisinin istehsalı üçün nəhəng külək potensialına malikdir – Elnur Soltanov

279

Xəzər dənizi elektrik enerjisinin istehsalı üçün nəhəng külək potensialına malikdir.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin külək enerjisi potensialı 157 giqavatt həcmində qiymətləndirilir.

“Müqayisə üçün qeyd edim ki, Xəzər dəninin bərpa olunan enerji mənbələri üzrə potensialı Azərbaycanın digər alternativ mənbələrdən enerji potensialını dəfələrlə üstələyir. Xəzər dənizi külək enerji potensialına görə dünyada ikinci yerdədir. Bu, onu bildirir ki, Xəzər təkcə neft-qaz ehtiyatları ilə deyil, həm də alternativ enerjisi ilə məşhurdur”, – deyə nazir müavini bildirib.