Dünyanın elektrik enerjisi ilə işləyən ilk ən böyük səyahət gəmisi səfərə çıxıb

287

Dünyanın ən böyük elektrik kruiz gəmisi “Yangtze River Three Gorges 1” ilk səfərinə çıxıb. Martın 29-da o, Yantszı çayı ilə yuxarı və aşağı səyahət etdikdən sonra mərkəzi Çinin Hubey əyalətindəki İçan limanına qayıdıb.

“Seanews.az” xəbər verir ki, gəmidə 7500 kVt/saat tutumlu akkumulyator quraşdırılıb. O, dünyada ən böyük elektrik avtomobil akkumulyatoru istehsalçısı “Contemporary Amperex Technology Co. Ltd” tərəfindən yaradılmışdır.

Dolu akkumulyatorla gəmi 100 km məsafə qət edə bilər. Elektrik akkumulyatorunun istifadəsi 530 ton yanacağa qənaət etməyə və atmosferə zərərli qazların atılmasını ildə 1660 ton azaltmağa imkan verəcək.

Uzunluğu 100 metr və eni 16,2 metr olan kruiz gəmisi 1300 sərnişin götürə bilər və Yantszı boyunca görməli yerlərə səfərlər edəcək.