Almaniya Rusiyadan gələn qaza embarqo qoymayacaq

215

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya ilə gərgin münasibətlərə baxmayaraq, Rusiya qazına embarqo qoyulmasına qarşı çıxıb.

“Əgər tam şəkildə embarqo bu müharibəni dayandırmaq gücündə olsaydı, o zaman biz təxirə salmadan bu addımı atardıq”, – deyə nazir bildirib.

Onun fikrincə, embarqonun tətbiqi ehtimalı Rusiya ilə Avropa arasında iqtisadi münaqişənin davam etməsinə səbəb ola bilərdi. O, Almaniya hökumətinin Aİ-dəki tərəfdaşları ilə Rusiyanın enerji resurslarından asılılığın azaldılması imkanlarını müzakirə edəcəyini bəyan etməklə yanaşı, dərhal ticarətə qadağa qoyulması variantını da istisna edib.

Mənbə: “Welt” qəzeti