Dənizdə külək turbinləri quraşdıracaq gəmi suya salınıb

253

Tayvanın ilk dəniz külək enerjisi generatoru quraşdıran gəmisi suya buraxılıb.

“Seanews.az” xəbər verir ki, “Green Jade” gəmisi adanın cənubundakı Qaosyunda suya salınıb. Suya buraxıldıqdan sonra gəmidə avadanlıqların quraşdırılması işləri davam etdiriləcək, bütün işlərin isə 2023-cü ilin yazında başa çatdırılması nəzərdə tutulur.

Uzunluğu 216,5 metr, kranının yükqaldırma qaldırma qabiliyyəti 4000 ton olan gəmi Tayvanda layihələndirilmiş və tikilmişdir. O, nəhəng dəniz külək turbinlərini və digər avadanlıqları daşıyacaq və quraşdıracaq. “Green Jade” gəmisindən  “Hai Long və Zhong Neng” dəniz külək elektrik stansiyası layihələrində istifadə olunacaq.