Fransanın tanınmış komediyaçısı Patrick Veisselier bu gün Bakı Limanın qonağı oldu

75

“Netflix” portalı üçün səyahət xarakterli verliş hazırlamaq məqsədilə avtomobil turuna çıxan Fransanın tanınmış komediyaçısı Patrick Veisselier öz smart avtomobili ilə Bakı Limanın qonağı oldu. “Mersedes Benz” şirkətinin sponsoru olduğu bu TV proqramın əsas məqsədi regionda olan ölkələrin turizm və səyahət imkanlarını dünyaya tanıtmaqdır. Patrick Limanla yaxından tanış olduqdan sonra bildirdi ki, Bakı Limanın Yaşıl liman kimi belə müasir avadanlıqlara, rəqəmsal texnologiyalara və yaşıl nəqliyyat və infrastruktur vasitələrinə sahib olması onu çox təəccübləndirib.

Yaxın zamanlarda hazırlanacaq TV proqram “Netflix” istifadəçiləri üçün əlçatan olacaq. Bakı Limanı olaraq Patrick Veisselier-ə qonağımız olduğu üçün təşəkkür edirik və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

portofbaku.com