“PIL” bioyanacaqları sınaqdan keçirir

241

“Pacific International Lines” (“PIL”) “Kota Megah” konteyner gəmisində bioyanacaqları sınaqdan keçirir.

“Seanews.az” xəbər verir ki,  bu barədə “PIL”-in prezidenti və baş icraçı direktoru Lars Kastrup bildirib.

“Karbon emissiyalarını 20% azaldan LNG-nin sifariş etdiyimiz yeni gəmilər üçün yaxın müddətdə ən praktik keçid yanacağı olacağı qənaətinə gəlmişik. Eyni zamanda, biz istismarda olan gəmilərimiz üçün yaxşı həllər həllər axtarırıq”, – deyə  Lars Kastrup bildirib.

“Kota Megah” gəmisinin bioyanacaq təchizatı aprelin 10-da Sinqapurda baş tutub. 2013-cü ildə inşa edilmiş 3566 TEU tutumlu konteyner gəmisi Çin – Pakistan Xidməti (“CPS”) tərəfindən idarə olunur. Gəmi Sinqapurdan Kelanq, Nhava Şeva, Mundra, Karaçi, Kolombo, Kelanq, Honqkonq və Şanxaya gedib.