Finlandiyada LNG terminalı bu ilin payızında fəaliyyətə başlayacaq

238

Finlandiyanın LNC operatoru “Hamina LNG Oy” mayeləşdirilmiş təbii qaz terminalının quraşdırılması işlərini başa çatdırmaq üçün “Viafin Process Piping Oy” şirkəti ilə müqavilə bağlayıb.

“Seanews.az” xəbər verir ki, cari ilin oktyabrında LNG terminalı layihəsinin birinci mərhələsinin başa çatdırılması nəzərdə tutulur.

Birinci mərhələdə “Hamina LNG” terminalının illik istehsal gücü təxminən 3 terawatt-saat (TWh) olacaq.

Qeyd edək ki, “Hamina LNG” Finlandiyada ölkənin qaz ötürücü sisteminə qoşulmuş yeganə LNG terminalıdır.