Belçika limanlarını Rusiya gəmilərin üzünə bağlayıb

247

Aprelin 17-dən Rusiya bayrağı altında üzən gəmilərin Belçika limanlarına girişinə qadağa qüvvəyə minir.

Trend xəbər verir ki, bu barədə yerli RTBF telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Aİ-nin beşinci sanksiya paketi çərçivəsində bu tədbir Antverpen, Zeebrugge və Gent limanlarında 6 minə yaxın Rusiya gəmisinə və ya rus icarəçiləri tərəfindən icarəyə götürülmüş gəmilərə çamil ediləcək.

Bununla belə, RTBF bildirir ki, Avropada sanksiyalarla bağlı qaydalar konkret limanın cavabdeh olduğu xüsusi icazə əsasında Aİ limanlarına buraxılacaq bir sıra gəmilər üçün istisnalar nəzərdə tutur.